"Tottenhem"dən rəsmi transfer - 517 gün sonra

14:32 - 2 İyul 2019

İngiltərənin "Tottenhem" klubu uzun müddətdən sonra ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Şimali London təmsilçisi "Lids"in hücumameyilli yarımmüdafiəçi Cek Klarkı 10 milyon funt-sterlinqə transfer edib. 18 yaşlı futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb və 1 mövsümlük "Lids"ə icarəyə verilib.

 

"Tottenhem" sonuncu dəfə 2018-ci ilin yanvarın 31-də PSJ-dən Lukas Mouranı transfer etmişdi.

 

Klark ötən mövsüm Çempionşipdə 24 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər xətti