Bezotosnının yeni klubu bəlli olmaq üzrədir - ölkəsinə qayıtdı

16:47 - 2 İyul 2019

"Qəbələ"dən ayrılan ukraynalı qapıçı Dmitri Bezotosnı ölkəsinə qayıdıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı qapıçı sabiq klubu "Çernomorets"də dünən ilk məşqini keçirib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.

 

Bezotosnı 2015-2019-cu illərdə "Qəbələ"də çıxış edib. Təcrübəli qolkiper 2011-2014-cü illərdə "Çernomorets"in şərəfini qoruyub.

 

Foto: "Çernomorets"

Xəbər xətti