"Qəbələ"nin potensial rəqibi "Kəpəz"in sabiq futbolçusunu transfer etdi

22:27 - 2 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin potensial rəqibi olan Gürcüstanın "Dinamo" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Tiblisi təmsilçisi ukraynalı qapıçı Sergey Litovçenkonu transfer edib. 31 yaşlı ukraynalı qolkiperlə bir illik müqavilə imzalanıb.

 

Litovçenko 2018-ci ilin ilk 6 ayını Azərbaycanın "Kəpəz" klubunda keçirib. Onun sonun klubu Ukraynanın "Çernomorets" klubu olub. Litovçenko 2017-ci ildə də "Dinamo"da çıxış edib.

 

"Dinamo" Avropa Liqasının I təsnifat mərhələsində “La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. I mərhələni keçən tərəf II raundda "Qəbələ" ilə üz-üzə gələcək.

Xəbər xətti