"Tottenhem" transfer rekordunu qırdı

23:03 - 2 İyul 2019

İngiltərənin "Tottenhem" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lion"un yarımmüdafiəçisi Tanqi Ndombeleni transfer edib. Fransa millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

 

Bu keçid üçün Fransa klubuna 70 milyon avro ödəyib. Ndombele "Tottenhem"in tarixinə ən bahalı transfer kimi düşüb.

 

Daha öncə rekord 2017-ci ildə "Ayaks"dan 40 milyon avroya transfer edilən kolumbiyalı müdafiəçi Davinson Sançesə məxsus idi.

Xəbər xətti