"Qalatasaray"dan iki rəsmi transfer FOTOLAR

23:10 - 2 İyul 2019

"Qalatasaray" növbəti transferlərini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Fənərbaxça"dan ayrılan 29 yaşlı müdafiəçi Şener Özbayraklı ilə 2 illik müqavilə imzalayıb.

 

Bundan əlavə, İsveç millisinin yarımmüdafiəçisi Cimmi Durmaz da "sarı-qırmızılar"a transfer olub. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Durmazın son klubu Fransa "Tuluza"sı olub.

 

Xəbər xətti