"Qalatasaray"dan ayrılan futbolçu İtaliya klubunda

23:32 - 2 İyul 2019

"Qalatasaray"la müqaviləsi başa çatan Sinan Gümüş karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Cenoa" ilə anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

 

Türkiyə əsilli almaniyalı futbolçu ötən mövsüm 30 oyuna 5 qol vurub, 3 assist edib.

 

Sinan "Qalatasaray"a 2014-cü ildə "Ştutqart"dan keçmişdi.

Xəbər xətti