"Everton" hücumçusunu icarəyə verdi

00:51 - 3 İyul 2019

İngiltərənin "Everton" klubu hümçusu Sandro Ramiresi icarəyə verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı forvard karyerasını ölkəsində davam etdirəcək. 23 yaşlı futbolçu La Liqa təmsilçisi "Real Valyadolid"lə müqavilə bağlayıb. Sandro bir illik müqavilə imzalayıb.

 

"Everton" 2017-ci ildə "Malaqa"dan transfer etdiyi Sandronu daha öncə "Sevilya" və "Real Sosyedad"a icarəyə vermişdi.

Xəbər xətti