"Zirə"dən ayrılan Aleksandr Dedovun yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, moldovalı hücumçu karyerasını ölkəsinin "Petrokub" klubunda davam etdirəcək. Klub saytı 29 yaşlı futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. Dedov Avropa Liqasında mübarizə aparacaq klubda 7 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Moldova millisinin üzvü 2018-ci ilin yanvarında "Zirə"yə keçmişdi.
saytlarin hazirlanmasi