"Atletiko" "Portu"nun futbolçusunu transfer etdi

13:39 - 3 İyul 2019

İspaniyanın "Atletiko" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Portu"nun futbolçusu Felipeni transfer edib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Atletiko" bu keçid üçün 20 milyon avro təzminat ödəyib.

 

Braziliya millisinin üzvü 2016-cı ildə "Korintians"dan "Portu"ya keçmişdi.

Xəbər xətti