"Lion"dan 25 milyon avroluq transfer

15:37 - 3 İyul 2019

Fransanın "Lion" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "şirlər" "Lill"in dayaq yarımmüdafiəçisi Tiaqo Mendesi transfer edib. Braziliyalı futbolçunun transferi üçün "Lion" 25 milyon avro təzminat ödəyib.

 

27 yaşlı futbolçu 2017-ci ildə "San-Paulu"dan 9 milyon avro qarşılığında "Lill"ə keçmişdi.

Xəbər xətti