"Mançester Siti"dən 70 milyon avroluq transfer

23:25 - 3 İyul 2019

İngiltərənin "Mançester Siti" klubu yeni transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" İspaniyanın "Atletiko" klubunun yarımmüdafiəçisi Rodrini transfer edib. Madrid təmsilçisi saytı vasitəsi ilə Mançester klubunun 23 yaşlı futbolçunun sərbəst qalma dəyərini ödədiyini yazıb.

 

İspaniya millisinin üzvünün 70 milyon avroluq sərbəst qalma qiyməti var.

 

Rodri 2018-ci ildə 25 milyon avroya "Vilyarreal"dan "Atletiko"ya keçmişdi.

Xəbər xətti