"Atletiko" rekord transferini açıqladı

23:40 - 3 İyul 2019

İspaniyanın "Atletiko" klubu Portuqaliya "Benfika"sından Joau Felişi transfer etdiyini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 7 illik müqavilə imzalanıb. "Benfika" ötən həftə bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat aldığını açıqlamışdı. Gənc oyunçu yeni klubunda 7 nömrəli formada çıxış edəcək.

 

Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.

 

Feliş ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 assist edib.

Xəbər xətti