"Sevilya"dan altıncı transfer

01:01 - 4 İyul 2019

"Sevilya" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar Fransanın "Marsel" klubundan Lukas Okamposu transfer edib. 24 yaşlı yarımmüdafiəçinin transferi üçün 13 milyon avroluq təzminat ödənilib. Argentinalı vingerlə 5 illik müqavilə imzalanıb.

 

"Marsel" Okamposu 2015-ci ildə "Monako"dan 7,5 milyon avroya transfer etmişdi.

 

"Sevilya" Dieqo Karlos, Joan Jordan, Manus Dabbur, Jyol Kunde və Luuk de Yonqu da transfer edib.

Xəbər xətti