"Qarabağ"ın rəqibi "Verona"nın hücumçusu ilə müqavilə imzaladı

13:46 - 4 İyul 2019

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Albaniyanın "Partizani" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az gianlucadimarzio.com-a istinadən xəbər verir ki, Tirana təmsilçisi İtaliya "Verona"sından 19 yaşlı qanalı hücumçu Jozef Ekubanı bir illik icarəyə götürüb.

 

Gənc futbolçu ötən mövsüm İtaliya D Seriyasında çıxış edən "Mantova"da icarə əsasında oynayıb.

 

Ekuban Qana futbolu üçün perspektiv vəd edən futbolçulardan biri hesab edilir. Onun 25 yaşlı qardaşı Çaleb Ekuban müqavilə ilə İngiltərənin "Lids" klubuna məxsusdur və Qana yığmasının üzvüdür.

 

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-u Albaniyada keçiriləcək və Bakı vaxtı ilə 19:30-da start götürəcək.

Xəbər xətti