"Napoli"dən "Vilyarreal"a transfer oldu

16:28 - 4 İyul 2019

İtaliyanın "Napoli" klubu müdafiəçisi Raul Albiolla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı mərkəz müdafiəçisi La Liqa klubu "Vilyarreal"a keçib. Bu keçid üçün neapollulara 4 milyon avro təzminat ödənilib.

 

"Napoli" Albiolu 2013-cü ildə "Real"dan transfer etmişdi.

Xəbər xətti