"Lester Siti"dən 33 milyon avroluq transfer

17:01 - 4 İyul 2019

İngiltərənin "Lester Siti" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "tülkülər" "Nyukasl"ın hücumameyilli yarımmüdafiəçisi Ayose Peresi transfer edib. Bu keçid üçün "Lester Siti" 33 milyon avrosundan keçib. Argentinalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Peres 2014-cü ildə İspaniyanın "Tenerife" klubundan "Nyukasl"a keçmişdi. 25 yaşlı futbolçu "sağsağanlar"da 4 mövsümə 195 oyun keçirib, 48 qol vurub və 17 assist edib.

Xəbər xətti