"Qəbələ"dən ayrılan albaniyalı yarımmüdafiəçi Sabien Lilay karyerasını İsraildə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Sektsiya Nes-İona" klubu ilə iki illik müqavilə imzalayıb. Albaniya millisinin üzvü iki il ərzində 300 min avro maaş alacaq.
Lilay ötən yay "Skenderbeu"dan "Qəbələ"yə keçmişdi. O, "qırmızı-qaralar"da 29 oyun keçirib.
saytlarin hazirlanmasi