“Sperantsa”nın baş məşqçisi Kristian Efroş Avropa Liqasının I təsnifat mərhələsində sabah Moldovada “Neftçi”yə qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 27 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Bizim üçün vacib oyundu. İlk dəfədi ki, avrokuboklarda çıxış edəcəyik. Ciddi hazırlaşmışıq. Gücümüzü göstərməyə çalışacağıq. "Neftçi"nin hücum xətti təhlükəlidi. Əsasən bundan qorxmalıyıq. Rəqibin müdafiəsindəki zəif cəhətlərdən istifadə etməliyik. Hər bir matçda özümüzü favorit sayırıq. Hətta "Real Madrid"lə görüşsək də..."
Efros "Neftçi"nin qalib gəlməsini gözlənilməz adlandırıb. O, əsasən öz komandası ilə bağlı sualların verilməsini istəyib. Mütəxəssis "Neftçi"nin baş məşqçisi Roberto Bordin barədə də danışıb: "Neftçi"nin qələbəsi mənim üçün təbii ki, gözlənilməz olacaq. "Sperantsa"nın baş məşqçisiyəm, "Neftçi" azarkeşi yox. Bordinə gəlincə, onun işlədiyi "Şerif"lə "Neftçi"nin oxşar cəhətləri var. Baş məşqçinin öz mentaliteti mövcuddu. Onun barədə hər şeyi yaxşı bilirik. Bordin də bizi tanıyır. Hər ikimiz eyni vəziyyətdəyik".
Moldovalı məşqçi "Neftçi"nin forvardı Baqali Dabonun oynamaması barədə də danışıb: "Onun olmaması üstünlük ola da bilər, olmaya da bilər".
saytlarin hazirlanmasi