Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Səbail"in qonağı olacaq Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis yaxşı nəticə qazanacaqlarına inandığını bildirib:
- Bizi çətin oyun gözləyir. Mövsümün ilk rəsmi oyununa çıxacağıq. Bu, bizim üçün əlavə çətinlik olacaq. Əlimizdən gələni edəcəyik. Yaxşı nəticə qazanacağımıza inanırıq.
Rumıniyalı çalışdırıcı "Səbail" barədə məlumat toplamaqda çətinlik çəkdiyini söyləyib:
"Hər zaman rəqiblərimizlə bağlı məlumat almağa çalışırıq. Açığı, bu dəfə çətin oldu. Əlimizdə olan yoldaşlıq oyunlarının videoyazısıdır. Ötən mövsümdəki oyunlarına baxmağı isə düzgün saymıram. Çünki heyədə dəyişikliklər olur".
Papure favorit olmadıqlarını bildirib:
"Favorit göstərilməyimizlə razı deyiləm. Hələlik, heç bir komanda favorit deyil. Bu oyun hər iki komanda üçün mövsümün ilk oyunudur. Biz hər komandaya uyğun strategiya seçirik. Sabahkı oyuna da maksimum köklənərək, yaxşı, nəticə almağa çalışacağıq".
saytlarin hazirlanmasi