"Qəbələ"dən ayrılan ukraynalı qapıçı Dmitri Bezotosnının yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 35 yaşlı qapıçı sabiq klubu "Çernomorets"ə transfer olub. Ukrayna I Divizion təmsilçisi müqavilənin detallarını açıqlamayıb.
Bezotosnı 2015-2019-cu illərdə "Qəbələ"də çıxış edib. Təcrübəli qolkiper 2011-2014-cü illərdə "Çernomorets"in şərəfini qoruyub.
saytlarin hazirlanmasi