Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununda Ukraynanın “Vorskla” klubuna 1:3 hesabıyla uduzub.
Sportal.az xəbər verir ki, görüşdən sonra (1:3) “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov oyun barədə fikirlərini klubun saytına açıqlayıb:
“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi. Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar. İyulun 17-də son matçımız olacaq. Çalışacağıq ki, tam heyətlə oynayaq. Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki ayın 25-dək komanda tam formalaşmalıdır”.
saytlarin hazirlanmasi