"Başakşəhər"dən ayrılan futbolçu Rusiya klubunda

11:38 - 12 İyul 2019

Türkiyənin "Başakşəhər" klubundan ayrılan rusiyalı sol cinah müsafiəçisi Fyodor Kudryaşovun yeni komandası bəlli olub. 

 

Sportal.az xəbər verir ki, Rusiya millisinin üzvü karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu Premyer Liqa təmsilçisi "Soçi"yə transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

 

Qeyd edək ki, Kudryaşov "Spartak", "Tom", "Krasnodar", "Terek", "Rostov", "Rubin" kimi klublarda çıxış edib.

Xəbər xətti