"Atletiko" "Benfika"nın daha bir futbolçusunu transfer etdi

15:45 - 12 İyul 2019

İspaniyanın “Atletiko” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Benfika”nın hücumçusu İvan Şaponyiçi transfer edib. Bu keçid üçün madridlilər 7 milyon fun-sterlinq təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Şaponyiç 2016-cı ildə "Partizan"dan "Benfika"ya keçmişdi.

 

"Atletiko" daha öncə "Benfika"dan Joau Felişi 126 milyon avroya transfer etmişdi.

Xəbər xətti