"Lion"dan 30 milyon avroluq transfer

16:59 - 12 İyul 2019

Fransanın "Lion" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "şirlər" "Sampdoriya"nın danimarkalı müdafiəçisi Yoakim Anderseni transfer edib. Bu keçid üçün İtaliya klubuna 30 milyon avro (24+6) ödənilib. 23 yaş futbolçu ilə beş illik müqavilə imzalanıb.

 

"Sampdoriya" danimarkalı oyunçunu 2017-ci ildə "Tvente"dən transfer etmişdi.

Xəbər xətti