"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer edib.
Sportal.az xəbər verir ki, kataloniyalıların saytı keçidi rəsmən açıqlayıb. Bu transfer üçün "Barselona" 120 milyon avrosundan keçib. Fransalı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.
28 yaşlı futbolçunun sərbəst qalma dəyəri 800 milyon avro təyin edilib.
Fransa millisinin üzvü 2014-cü ildən "Atletiko"da çıxış edirdi. Bu keçidə görə, Qrizmannın əvvəlki klubu "Real Sosyedad" 24 milyon avro transfer haqqı alıb.
saytlarin hazirlanmasi