Qonsalo İquain Premyer Liqa klubunun hədəfində

18:05 - 12 İyul 2019

Marko Arnautoviçi Çinə yollayana İngiltərənin "Vest Hem" klubu hücumçu axtarışlarını davam etdirir.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, London təmsilçisi İtaliyanın "Yuventus" klubunun hücumçusu Qonsalo İquaini transfer hədəfinə alıb. Xəbərdə "çəkicdöyənlər"in argentinalı forvard üçün 40 milyon avroluq təklif göndərməyə hazırlaşdığı qeyd edilib.

 

"Vest Hem" "Selta"nın hücumçusu Maksi Qomesin transferini həll edə bilmədiyi üçün İquaini rənglərini bağlamaq fikrindədir.

 

31 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Çelsi"də keçirib və 14 oyuna 5 qol vurub.

Xəbər xətti