"Atletiko" ilə müqaviləsi başa çatan Filipe Luisin yeni klubu rəsmən bəlli olub.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı sol cinah müdafiəçisi "Flamenqo" klubuna transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.
Braziliya millisinin üzvü 2004-cü ildən sonra karyerasını yenidən ölkəsində davam etdirəcək.
"Fiquerense"nin yetirməsi 2004-cü ildə "Ayaks"a transfer olmuşdu. Luis "Real"ın B komandasında, "Deportivo"da, "Çelsi"də və "Atletiko"da çıxış edib.
saytlarin hazirlanmasi