Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın "Dinamo" klubunu qəbul edəcək "Qəbələ" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Kamal Mirzəyev sıradan çıxıb. Əzələsini dartan 24 yaşlı futbolçu Tblisi təmsilçisinə qarşı keçiriləcək ilk matçı buraxmalı olacaq.
Kamalın cavab matçına yetişəcəyi ehtimal olunur.
"Qəbələ" - "Dinamo" görüşü iyulun 25-i, saat 19:00-da baş tutacaq.
saytlarin hazirlanmasi