"Qəbələ"nin hücumçusu Davit Volkov Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə qarşılaşacaqları oyunla bağlı danışıb.
Sportal.az lelo.ge-yə istinadən xəbər verir ki, 24 yaşlı gürcüstanlı futbolçu "Qəbələ"dən gözləntilərin böyük olduğunu deyib:
"Yaxşı toplanış keçirmişik. Zədəm yoxdur, özümü yaxşı hiss edirəm. Hər şey normaldır, oyuna hazıram. Merab Qiqauriyə gəlincə, komandaya uyğunlaşmağa çalışır. Rahat şəkildə birgə adaptasiya ola biləcəyimizi söyləyə bilərik. Gözlənti? "Dinamo" önündə gözlənti böyükdür. Mən tamamilə bu oyuna konsentrasiya oluram. Nəsə demək çətindir, cütün taleyinə Tbilisidəki cavab görüşündə aydınlıq gələcək. Haqq edən komanda mərhələni keçəcək".
"Qəbələ" - "Dinamo" oyunu iyulun 25-i, saat 19:00-da baş tutacaq.
saytlarin hazirlanmasi