"Dinamo" Qəbələ"dən intiqam almalıdır" - Gürcüstan mətbuatı

16:21 - 24 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycanı təmsil edən "Qəbələ" Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşacaq. Cütün ilk oyunu iyulun 25-i, Qəbələdə baş tutacaq.

 

Sportal.az xəbər verir ki, Gürcüstan mətbuatı oyunla bağlı bəzi məqamları oxucular üçün hazırlayıb.

 

"Lelo.ge" saytı "Dinamo"nun Qəbələ"dən qisas almalı olduğunu qeyd edib:

 

"Şanslar bərabərdir. Hansısa komandanın açıq-aşkar favorit olduğunu demək çətindir. Ancaq biz intiqam almalıyıq! İndi "Qəbələ"də əvvəlki qədər pul yoxdur. Ötən mövsüm bir neçə aparıcı futbolçu komandadan getdi. Rəqibin heyətində iki gürcü futbolçu - Davit Volkov və Merab Qiqauri çıxış edir. Şübhəsiz ki, yayda transfer edilən Merab bu komandanı gücləndirəcək. 

 

2014/15 mövsmünün də bu komandalar qarşılaşmışdı və "Qəbələ" iki oyunun nəticəsinə görə mərhələni keçmişdi. Həmin ərəfədə Azərbaycanda nələr yaşandığına məqaləni yazan şəxs şahid olub. Ümid edirəm ki, belə şey təkrarlanmaz

 

"Qəbələ" "Samtredia"nı Avropa Liqasında məğlub etmişdi. Artıq tilsimi qırmaq vaxtıdır".

 

"Sportall.ge" saytı isə "Qəbələ"nin əvvəlki gücdə olmadığını yazıb:

 

"Qəbələ" bir neçə il əvvəl Tbilisidə gördüyümüz komanda deyil. Azərbaycanda mövsüm başlamayıb ki, rəqib optimal formada olsun. "Qəbələ" bir neçə futbolçu alıb, heyətdə ciddi dəyişikliklər olub. Komandanın uyğunlaşması üçün də  vaxt lazımdır. Yeni futbolçular "Dinamo"da da var, ancaq komandanın özəyi var. "Dinamo" bu səddi keçməlidir, çünki rəqibdən üstün görünür".

 

"Qəbələ" - "Dinamo" oyunu iyulun 25-i, saat 19:00-da baş tutacaq.

 

Xəbər xətti