Almaniyanın "Leyptsiq" klubu növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Everton" klubunun vingeri Ademola Lukmeni transfer edib. 21 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro təzminat ödənilib. Lukmenlə 5 illik müqavilə imzalanıb.
İngiltərənin U-21 millisinin üzvü 2017-ci ildə "Çarlton"dan "Everton"a 8,8 milyon avroya keçmişdi.
"Leyptsiq" gənc futbolçunu ötən il icarəyə götürmüşdü.
saytlarin hazirlanmasi