Azərbaycanlı futbolçu Moldova klubunda

17:38 - 25 İyul 2019

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını Moldovada davam etdirəcək. O, bu ölkənin “Dinamo-Avto” klubu ilə müqavilə bağlayıb.

 

Son olaraq Türkiyənin “Dersim 62 Spor” klubunda forma geyinən Novruzov, əvvəllər “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi komandalarda çıxış etmişdi. O, 2014-2015-ci il mövsümündə “Bakı”nın heyətində Premyer Liqanın bombardiri olmuşdu.

Xəbər xətti