"Arsenal" "Seltik"in futbolçusu ilə anlaşdı

00:33 - 8 Avqust 2019

İngiltərənin "Arsenal" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, "topçular" Şotlandiyanın "Seltik" klubunun müdafiəçisi Kiran Tirninin transferini yekunlaşdırıb. 22 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün Qlazqo klubuna 25 milyon funt-sterlinq təzminat ödənilib.

 

Şotlandiya yığmasının üzvünün transferi yaxın saatlarda rəsmən açıqlanacaq.

 

Tirni "Seltik"in yetirməsidir və 2015-ci ildən əsas komandanın üzvüdür.

Xəbər xətti