Romelu Lukaku "İnter"də!

16:49 - 8 Avqust 2019

İtaliyanın "İnter" klubu "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferini yekunlaşdırıb.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, bu keçid üçün Milan təmsilçisi 65+10 milyon avro ödəyəcək. 

 

26 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Belçika yığmasının üzvü illik 7,5 milyon avro maaş alacaq.

 

Futbolçu hazırda Milandadır və tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.

 

Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 84,7 milyon avroya transfer edilmişdi. Lukakunun "İnter"ə transferindən Liverpul təmsilçisinə 5 milyon avro pay düşüb.

Xəbər xətti