İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"dən ayrılan Endi Kerrollun yeni klubu bəlli olub.
Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, 30 yaşlı forvard sabiq klubu "Nyukasl"a qayıdıb. İngiltərə millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.
"Nyukasl"ın yetirməsi olan futbolçu 2011-ci ildə 30 milyon funt-sterlinq qarşılığında "Liverpul"a keçmişdi.
Kerrol "sağsağanlar"da 80 oyuna 31 qol vurmuşdu.
saytlarin hazirlanmasi