İtaliyanın "İnter" klubu "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transfer etdiyini açıqladı.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, bu keçid üçün Milan təmsilçisi 65+10 milyon avro ödəyib.
26 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Belçika yığmasının üzvü illik 7,5 milyon avro maaş alacaq.
Belçikalı futbolçu "İnter" tarixinin ən bahalı transferi olub.
Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 84,7 milyon avroya transfer edilmişdi. Lukakunun "İnter"ə transferindən Liverpul təmsilçisinə 5 milyon avro pay düşüb.
saytlarin hazirlanmasi