İngiltərənin "Arsenal" klubu növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "topçular" Şotlandiyanın "Seltik" klubunun müdafiəçisi Kiran Tirninin transfer edib. 22 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün Qlazqo klubuna 27 milyon avro təzminat ödənilib. Kiran Tirni ilə 5 illik müqavilə imzalanıb.
Şotlandiya yığmasının üzvü "Seltik"in yetirməsidir və 2015-ci ildən əsas komandanın üzvüdür.
saytlarin hazirlanmasi