İngiltərənin "Tottenhem" klubu daha iki transferi açıqlayıb.
Sportal.az xəbər verir ki, Şimali London təmsilçisi "Fulhem"in sol cinah müdafiəçisi Rayan Sessenyonun keçidini həll edib. İngilis futbolçu üçün 29 milyon avro təzminat ödənilib. 19 yaşlı oyunçu 6 illik müqaviləyə qol çəkib.
"Tottenhem" "Real Betis"in argentinalı yarımmüdafiəçisi Covanni Lo Çelsonun da transferini açıqlayıb. Londonlular 23 yaşlı futbolçunu məcburi satın alma şərti ilə icarəyə götürüb. "Tottenhem" mövsümün sonunda 60 milyon avro ödəyib, Lo Çolseonun transfer hüququna yiyələncək.