Belarusun BATE klubundan ayrılan Aleksandr Qleb karyerasını "İsloç"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 38 yaşlı yarımmüdafəçi Belarusun yüksək liqa təmsilçisi ilə bir illik müqavilə bağlayıb. Klub saytının məlumatına görə, zəngin karyeraya malik olan belaruslu futbolçu 13 nömrəli formanı geyinəcək.
Minsk klubu Belarus çempionatında 16 turdan sonra 29 xalla 4-cüdür.
Qleb BATE ilə yanaşı, karyerası ərzində "Ştutqart", "Arsenal" və "Barselona" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi