Premyer Liqa klubundan rekord transfer

22:39 - 8 Avqust 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Uotford" Fransanın "Renn" klubunun vingeri İsmaila Sarrı transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Renn"ə 35 milyon avro təzminat ödənilib. Seneqal millisinin üzvü "Uotford" tarixinin ən bahalı transferi olub.

 

Sarr 2017-ci ildən çıxış etdiyi Fransa klubunda 59 oyuna 13 qol vurub.

Xəbər xətti