"Everton" "Arsenal"ın futbolçusunu transfer etdi

10:27 - 9 Avqust 2019

"Everton" transfer pəncərəsinin son günündə "Arsenal"ın futbolçusu Aleks İvobini rənglərinə bağladı.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı vingerlə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb. Bu keçid üçün Liverpul təmsilçisi 28 milyon funt-sterlinq təzminat ödəyib. Bonuslarla birgə keçid 34 milyon funt-sterlinqə başa gələcək.

 

"Arsenal"ın yetirməsi olan Nigeriya millisinin üzvü "topçular"da 149 oyuna 15 qol vurub.

Xəbər xətti