"Mançester Siti" İngiltərədə transfer pəncərəsinin son günün iki oyunçunu heyətinə qatıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "şəhərlilər" Çempionşip" təmsilçisi "Derbi"nin qapıçısı Skott Karsonu icarəyə götürüb. 33 yaşlı ingilis qolkiperlə bir illik müqavilə imzalanıb.
Mançester təmsilçisi "Jirona"nın sağ cinah müdafiəçisi Pedro Prronu da heyətinə qatıb. 19 yaşlı ispaniyalı futbolçunun keçidi üçün 12 milyon avro təzminat ödənilib.
saytlarin hazirlanmasi