İngiltərənin "Lester Siti" klubu yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "tülkülər" "Sampdoriya"nın yarımmüdafiəçisi Dennis Pratı transfer edib. Belçikalı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Prat yeni klubunda 26 nömrəli formada çıxış edəcək. "Lester Siti" bu keçid üçün 20 milyon avrosundan keçib.
"Sampdoriya" 25 yaşlı futbolçunu 2016-cı ildə "Anderlext"dən 10 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi