"Qalatasaray" Falkaoya qovuşur

12:38 - 9 Avqust 2019

"Qalatasaray" bir aydır ki, "Monako"dan transfer etmək istədiyi kolumbiyalı hücumçu Radamel Falkaonun keçidini yekunlaşdırmağa doğru irəliləyir.

 

Sportal.az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul klubu 33 yaşlı futbolçuya illik 5+2 milyon avro maaş ödəməyə hazırdır. "Sarı-qırmızılar" hazırda "Monako" ilə anlaşmağa çalışır. Qəzetin məlumatına görə, Falkaonun transferi növbəti həftə tamamlanacaq.

 

"Monako" "Qalatasaray"dan bu transfer üçün 5 milyon avro tələb edir. Türkiyə təmsilçisi daha aşağı təzminat ödəmək üçün danışıqları sürətləndirib.

 

Falkao "Monako"da vergilər xaric illik 8,5 milyon avro qazanır. Təcrübəli forvardın "knyazlıq klubu" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

 

"Monako" Kolumbiya yığmasının üzvünü 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.

Xəbər xətti