"Borussiya"nın futbolçusu Şinji Kaqava karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Saraqosa"da çıxış edəcək. Sequndada çıxış edən klub yaponiyalı futbolçu ilə iki illik müqavilə imzalayıb.
Kaqava 2010-cu ildə "Sereso Osaka" klubunda "Borussiya"ya keçmişdi. 2012-ci ildə "Mançester Yunayted"ə üz tutan futbolçu 2014-cü ildə Dortmund klubuna qayıtmışdı. Təcrübəli oyunçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Beşiktaş"da keçirmişdi.
saytlarin hazirlanmasi