Martin Şkrtelin yeni klubu müəyyənləşdi

16:23 - 9 Avqust 2019

"Fənərbaxça"dan ayrılan slovakiyalı müdafiəçi Martin Şkrtel karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 

Sportal.az calciomercato.com-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Atalanta" ilə anlaşıb. Təcrübəli futbolçu bir ilik müqavilə imzalayıb. Slovakiya millisinin sabiq üzvünün maaşı bir milyon avro olacaq.

 

Peşəkar karyerasına "Trençin"də başlayan Şkrtel "Zenit", "Liverpul" və "Fənərbaxça" klublarında çıxış edib.

Xəbər xətti