"Səbail"dən ayrılan futbolçu İsveç klubunda

16:46 - 9 Avqust 2019

"Səbail"dən ayrılan Enrike Moura Perilyo karyerasını İsveçdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi II Liqada mübarizə aparan GAIS klubuna transfer olub. Klub saytının məlumatına görə, 28 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

GAIS çempionatda 18 turdan sonra 19 xal toplayıb və 16 komanda arasında 13-cü yerdə qərarlaşıb.

 

Enrike 2018/19 mövsümünü "Səbail"də keçirib.

Xəbər xətti