Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” I divizion təmsilçisi MOİK-lə görüşüb. Qarşılaşma Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutub. Sənan Qurbanov zədəli futbolçular Davit Volkov, İvitsa Juniç, Ülvi İsgəndərov, Kristian Kouakou və Yusif Nəbiyev istisna olmaqla bütün oyunçulara bu matçda şans verib.
“Qəbələ”nin üstünlüyü ilə keçən qarşılaşmada hesabı Klesio Bauk açıb. O, 12-ci dəqiqədə fərqlənib. 18 dəqiqə sonra Fernan Lopes fərqi iki topa çatdırıb. Fasilədən sonra rəqib qapısına təzyiqi artıran “qırmızı-qaralar” daha üç qol vurub. Merab Qiqauri 48-ci dəqiqədə fərqlənibsə, 55-ci və 58-ci dəqiqələrdə qola sevinən Klesio het-trik müəllifi olub. Hakimin final fitinə 2 dəqiqə qalmış Asif Məmmədov matçda sonuncu qolu vurub – 6:0.
“Qəbələ” mövsümə avqustun 17-də “Sumqayıt”la ev oyunu ilə start verəcək.
“Qəbələ” – MOİK – 6:0
Qollar: Klesio Bauk, 12, 55, 58, Fernan Lopez, 30, Merab Qiqauri, 48, Asif Məmmədov, 88
saytlarin hazirlanmasi