"Zirə"nin keçmiş futbolçusu Avstraliya klubuna keçdi

00:09 - 10 Avqust 2019

"Zirə"nin sabiq futbolçusu Milan Duriç karyerasını Avstraliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu A Liqasında çıxış edən "Sentral Kost Mariners"ə transfer olub. Klub saytı 31 yaşlı yarımmüdafiəçi ilə bir mövsümlük müqavilə imzalandığını açıqlayıb.

 

Duriç 2016-2018-ci illərdə "Zirə"də çıxış edib. Onun son klubu Serbiyanın "Voyvodina" klubu olub.

Xəbər xətti