"Ayaks"ın futbolçusu rəsmən "Cenoa"da

00:29 - 10 Avqust 2019

"Ayaks"ın danimarkalı futbolçusu Lasse Şöne karyerasını İtaliyanın "Cenoa" klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli oyunçu ilə iki illik müqavilə imzalanıb. Genuyalılar 33 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1,5 milyon avro təzminat ödəyib.

 

Danimarka yığmasının üzvü 2012-ci ildən Amsterdam təmsilçisində oynayırdı.

Xəbər xətti